Xaçmaz Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Lətif Abasov dünyasını dəyişib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) məlumat yayıb.
Bildirilib ki, baş həkim bu gün səhər saatlarında kəskin ürək çatışmazılığı səbəbindən həyatını itirib.
Xəbəri rus dilində oxuyun: Вынесен приговор мастеру, убившему клиента из-за денег
Qeyd edək ki, Abasov Lətif Bahadır oğlu 1965-ci ildə Bakıda anadan olub. O, 2006-cı ildən 2019-cu ilədək Xaçmaz RMX-də baş həkimin müavini, 2020-ci ildən etibarən baş həkim vəzifəsini icra edib.