Belçika Rusiyanın dondurulmuş aktivləri hesabına Ukraynaya “F-16”lar göndərəcək

belcika-rusiyanin-dondurulmus-aktivleri-hesabina-ukraynaya-f-16lar-gonderecek
Oxunma sayı: 1493

Belçikanın Baş naziri Aleksandr De Kru ilin sonuna qədər Ukraynaya “F-16”lar göndərəcəklərini açıqlayıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Baş nazir müdafiə naziri Ludivin Dedonder ilə keçirdiyi birgə mətbuat konfransında məlumat verib.

O bildirib ki, döyüş təyyarələrinin dəyəri dondurulmuş Rusiya aktivləri hesabına ödəniləcək.

Belçikada çoxlu dondurulmuş Rusiya aktivlərinin olduğunu xatırladan De Kru bu addımı belə şərh edib:

“Ruslara qarşı özlərini müdafiə edə bilmələri üçün onların vergilərindən istifadə edirik. Yəni, onları ukraynalılara veririk. Hərbi yardımlar yerli vergilərimizlə ödənilmir”.

Onun sözlərinə görə, “F-16” döyüş təyyarələri ilin sonuna qədər Ukraynaya göndəriləcək:

“Bu, Ukraynanın müdafiəsi üçün böyük bir addımdır. Ölkəmiz artıq Ukraynaya faktiki olaraq təyyarə tədarük edəcək məhdud ölkələr qrupuna qoşulur”.