Hindistanda altı nəfərdən ibarət ailə toyda yanaraq öldü

hindistanda-alti-neferden-ibaret-aile-toyda-yanaraq-oldu
Oxunma sayı: 1321

Hindistanda bir ailə toyda baş verən yanğında yanaraq ölüb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “News9Live” məlumat yayıb.

Bildirilib ki, faciə aprelin 25-də Biharın Darbhanqa şəhəri yaxınlığındakı kənddə baş verib.

Belə ki, təntənəli kortej toy yerinə çatdıqda, qonaqların yerləşdiyi çadırı atəşfəşanlıqdan düşən od yandırıb.

Alovdan sonra qaz balonunun partlaması yanğını daha da gücləndirib. Üstəlik, alov tez bir zamanda evlərdən birinin yanında yerləşən dizel yanacağı anbarına çatıb. Yanğınsöndürənlərin səyinə baxmayaraq, 6 nəfəri xilas etmək mümkün olmayıb. Onların hamısı eyni ailənin üzvü olub.