Başına ağac düşən 21 yaşlı Rəvan vəfat etdi

basina-agac-dusen-21-yasli-revan-vefat-etdi
Oxunma sayı: 5845

Mingəçevirdə güclü küləyin ağacları, binaların dam örtüyünü aşırması nəticəsində xəsarət alan 6 nəfərdən biri vəfat edib.

“Qafqazinfo” xəbər verir ki, ağır xəsarət alan 2003-cü il təvəllüdlü Rəvan Qasımzadənin həyatını xilas etmək mümkün olmayıb.

Xəsarət alan digər şəxslərə tibbi yardım göstərilib, onlardan ikisi azyaşlıdır.

Faktla bağlı araşdırma aparılır.