Bu gün Münhendə keçirilməli olan Almaniya çempionatının 13-cü turunun “Bavariya” – “Union” matçı təxirə salınıb.
“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, buna ölkəyə güclü qarın yağması səbəb olub.
“Bavariya”nın 13-cü turunun “Union Berlin”lə görüşü Bavariyada əlverişsiz hava şəraiti səbəbindən təxirə salınıb. “Allianz Arena” güclü qar səbəbindən oyunu qəbul edə bilməyib. Qarşılaşmanın təxirə salınması ilə bağlı təfərrüatlar yaxın vaxtlarda açıqlanacaq”, - Bundesliqanın rəsmi saytındakı bəyanatda qeyd olunub.