Baydenlə Putin silah məsələsində razılığa gəldi

baydenle-putin-silah-meselesinde-raziliga-geldi
Oxunma sayı: 2006

“Putinlə yeni və qarışıq silahların yayılmasının qarşısını almaq üçün strateji sabit dialoq mexanizmi yaratmaq məsələsində ortaq qərara gəldik”.

“Qafqazinfo” xəbər verir ki, bunu ABŞ Prezidenti Co Bayden Rusiya lideri Vladimir Putinlə görüşündən sonra mətbuata açıqlamasında deyib.

O bildirib ki, Rusiyanın hərəkətləri öz qlobal mövqeyinə zərər verir:

“Putinə demokratik dominantlığımızı pozacaq və ya demokratik seçimlərimizə zərər verəcək cəhdlərə tolerantlıq göstərməyəcəyimizi söylədim.

Rusiya beynəlxalq normalara riayət etdiyi müddətdə birgə işləməyimizdə problem yoxdur. Putinə ABŞ-ın kibertəhlükəsizlik məsələsində önəmli qabiliyyətə malik olduğunu göstərdim. Zaman yeni bir “soyuq müharibə” zamanı deyil”.