Bayramov pakistanlı həmkarı ilə danışdı - Yenilənib

bayramov-pakistanli-hemkari-ile-danisdi
Oxunma sayı: 616

Pakistanın Baş nazirinin müavini, xarici işlər naziri Məhəmməd İshaq Dar ilə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov arasında telefon danışığı olub.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Pakistanın Xarici İşlər Nazirliyi məlumat yayıb.

Tərəflər ikitərəfli münasibətlərin bütün aspektlərini müzakirə ediblər.

Həmçinin regional və beynəlxalq hadisələrlə bağlı fikir mübadiləsi aparılıb.

Nazirlər Pakistanın Baş naziri Şahbaz Şərifin Azərbaycana gözlənilən səfəri barədə də danışıblar.

***

Azərbaycan Xarici İşlər Nazirliyindən verilən məlumata görə, nazirlər arasında Azərbaycan-Pakistan strateji tərəfdaşlığından irəli gələn məsələlər, ikitərəfli, çoxtərəfli əməkdaşlıq gündəliyinin müxtəlif aspektləri müzakirə olunub.

Mövcud strateji əməkdaşlıq əlaqələri yüksək qiymətləndirilərək, gələcək təmaslar üzrə planlar nəzərdən keçirilib.

Danışıq zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər ikitərəfli və regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.