Bayramov Yunanıstan XİN rəhbərinin müavinini qəbul etdi

bayramov-yunanistan-xin-rehberinin-muavinini-qebul-etdi
Oxunma sayı: 873

Bu gün Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Yunanıstanın ölkəmizdə səfərdə olan xarici işlər nazirinin müavini Aleksandra Papadopulunu qəbul edib.

XİN-dən “Qafqazinfo”ya verilən məlumata görə, görüşdə tərəflər Azərbaycanla Yunanıstan arasında ikitərəfli və çoxtərəfli platformalarda əməkdaşlıq əlaqələrini, eləcə də Azərbaycan-Ermənistan normallaşma prosesi və regional məsələləri müzakirə ediblər.

İki ölkə rəhbərləri arasında artan təmasların, XİN-lər arasında keçirilmiş siyasi məsləhətləşmələrin münasibətlərin inkişaf perspektivlərinin müzakirəsi baxımından əhəmiyyətli olduğunu diqqətə çatdırıblar. Tərəflər siyasi, iqtisadi, ticarət, energetika, kənd təsərrüfatı, turizm, humanitar və digər sahələrdə münasibətləri inkişaf etdirməyin və xalqlarımızın mənafelərinə uyğun əməkdaşlığı genişləndirməyin vacibliyini qeyd ediblər.

Nazir qarşı tərəfi postmünaqişə dövründə bölgədə yaranmış yeni reallıqlar, antiterror tədbirlərini şərtləndirən amillər, Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması prosesi, habelə sülh müqaviləsi gündəliyi, azad olunmuş ərazilərdə aparılan bərpa və quruculuq işləri istiqamətində atılan addımlar barədə ətraflı məlumatlandırıb.

Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparılıb.