Bu da daşqın hesabatı - Fotolar

bu-da-dasqin-hesabati-fotolar
Oxunma sayı: 661

Qərargah bu məqsədlə hazırladıqları “2010- cu ilin Kür Araz daşqınları; hazırkı vəziyyət, bölgənin durumu və inkişafı haqqında” hesabatlarını qırxa yaxın zərərçəkmişin iştirakı ilə keçirilən mətbuat konfransında təqdim edib.

Qurum nümayəndəsi Oqtay Güləliyev deyir ki, hesabatda bölgənin ümümi problemləri, regionun sosial-iqtisadi inkişafına mane olan məsələlər yer alıb. "İki il ərzində 2953 ev tikib və istifadəyə verib, hazırda isə 3115-i tikilir, 162-si isə tikilməkdədir. Ümumilikdə, zərərçəkmiş 23211 ailəyə on beş milyondan çox kompensasiya ödənilib"

Sənəddə əsas problemlərin, Nazirlər Kabinetinin imzaladığı sərəncamlarla bağlı gizliliyin mövcudluğu, rəsmi orqanlara göndərilən sorğulara cavab verilməməsi, ictimai iştirakçılığın təmin edilməməsi və xərclərlə bağlı hesabatlılığın mövcud olmaması qeyd edilib. Eynilə indiyə qədər görülən işlər barədə də məlumatlar verilib: “FHN-nin rəsmi məlumatına görə, bu müddət ərzində 2953 ev tikib və istifadəyə verib, hazırda isə 3115-i tikilir, 162-si isə tikilməkdədir. Ümumilikdə, zərərçəkmiş 23211 ailəyə on beş milyondan çox kompensasiya ödənilib”.

Ümumilikdə, son illərdə yüz mindən çox insana təsir edən hadisənin aradan qaldırılması üçün 326 milyon manat vəsait ayrılıb.

Zərərçəkmişlərin əsas şikayəti evlərinə baxışın keçirilməməsi və ya zərərin “düzgün” qiymətləndirilməməsi, yaz əkin-biçin zamanı olsa da, dövlət tərəfindən yardım, güzəştli kredit, texnika, toxum, kimyəvi maddələrlə təmin edilmənin zəifliyi, yenidən ev verilənlərə qarşı icra başçılarının “ayrı-seçkilik” etməsi olub. Məhəttin adlı zərərçəkmiş deyir ki, evi iki tərəfli ziyan çəkib və uçmaq üzrədir. Onun evinə icra nümayəndəliyi tərəfindən baxış keçirilib və “evinin vəziyyətinin normal olduğu” qeyd edilib.

Daşqının nəticələrinin aradan qaldırılmasına məsul Fövqəladə Hallar Nazirliyi, Müliorasiya və Su Təsərrüfatı ASC, yerli icra nümayəndələri və başqa qurumlardır.

Qurum Kür çayının deltasının yenidən lilləndiyini və yeni daşqınlara səbəb olacağını və təmizləmə işlərinin olub-olmayacağı barədə rəsmi məlumatların verilməməsini bildirir. Güləliyevin sözlərinə görə, növbəti hesabatlar hazırda gedən məhkəmə proseslərinə həsr olunacaq.

2010-cu ilin yazında Kür-və Araz çaylarında su səviyyəsinin qalxması nəticəsində baş vermiş daşqınlar nəticəsində ölkənin 30-a yaxın rayonunda 20 mindən çox yaşayış binası və 110 min hektar əkin-örüş yerlərini su basıb.

BBC Azərbaycanca