DAK-dan Əfşar Süleymaniyə sərt cavab

<b>DAK-dan Əfşar Süleymaniyə sərt cavab </b>
Oxunma sayı: 440

Cənab səfir! İİR –sı Ordusunun Baş Qərargah Rəisi H. Firuzabadinin Azərbaycan Xalqı və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənabları haqqında söylədiyi (saçmaladığı ) fikirlərə Azərbaycanın Dövlət rəhbərliyinin, eləcə də ictimai – siyasi qurumlarının göstərdiyi reaksiyaları şərh etdiyiniz yazını oxuduqda çox təəssüfləndim. Səfir səviyyəsinə yüksəlmiş soydaşımızın öz döğma dilində fikirlərini 8-ci sinif şagirdi səviyyəsində belə şərh etməyi bacarmaması olduqca üzücüdür. Əminəm ki, bu yazını fars dilində yazsa idiniz çox mükəmməl alınardı. Axı Siz fars dilində təhsil almısınız, məhz bu səbəbdən Siz farsca fikirləşir, düşünür, oxuyur və yazırsınız. Fars şovinizminin mənəvi soyqrıma məruz qoyduğu İİR-da , öz tarixi ərazilərində - yurdlarında yaşayan 35 milyon ( hərçənd ki, farslara xoş gəlsin deyə sayımızı 25 milyona endirirsiniz ) soydaşlarımızdan birisiniz.

Cənab səfir ! Yazınızda sıradan olan bir generalı , 20 ildən çox Millət Vəkili, Azərbaycanın Xalq Şairi, tanınmış siyasi partiyanın Lideri, Azərbaycanda xalq hərakatının tanınmış simalarından olan Xalq şairi Sabir Rüstəmxanlı ilə müqayisə cəhdlərinizlə , eləcə də , hansısa Rüstəmxanlı tapılacaq ki, deməklə mənsub olduğumuz Xalqı təhqir etməyinizi başa düşürsünüzmü ? !

Atom bombasının ilk sınağından sonara Albert Eynşteyn , Enriko Fermi və Rober Oppenqeymer bu bombanın kütləvi qırğın silahı olacağından əndışələnərək, bombanın istehsalını dayandırmaq üçün Prezident Trumenə müraciət etdilər. Pezident görüşə Pentaqon Rəhbərliyini – hərbçiləri də dəvət etmışdı. 40 dəqiqə nəzərdə tutulan görüş 3 saatadək davam etdi. Alimləri mətbuat salonunda gözləyən jurnalistlərdən biri : Ser necə oldu deyə A. Eynşteynə müraciətinə hərbçilər qalib gəldi cavabını vermişdi. Jurnalistin Ser niyə belə oldu təkrar sualına isə A. Eynşteyn belə cavab verdi : çünki hərbçilərın başında kəllə beyni əvəzində onurğa beyni bitmişdir ! Bununlada Dynyada ən qısa mətbuat konfransı başa çatmış oldu.

Cənab səfir ! H. Firuzabadi də hərbçidir deyilmi ?

Keçək DAK da ölkənizi İran adlanan yer adlandırımasına. İddia edirsiniz ki, İran Dövlətinin 6 minillik tarixi, 2537 illik hökmranlıq dövrü olmuşdur. Nəzərinizə çatdırım ki, İİR – nın indiki ərazilərındə bizim erayadək 2-ci minilliyin sonu, 1- ci minilliyin əvvəlındən 593-cü ilədək Manna Dövləti, daha sonralar türk dilli olmaları artıq şübhə doğrmayan skif-saakların Dövləti yaranmışdır. Sonra Midiya , Əhmənilər Dövləti, Makedoniyalı İskəndərin dövrü. . . Bundan Sonra Azərbaycan adının daşıyıcısı olan Atropatan ,nəhayət qədim Azərbaycan Dövləti olan Albaniya. . .

Bizim eranın 7-ci əsrindən başlayaraq həmin ərazilərə Ərəblərin yürüşü. . . Daha sonralar 8-11 ci əsrlərdə Ərdəbil, Təbriz də daxil olmaqla Şirvanşahlar, Saldridlər, Sacidlər, Səlcuqlar, Atabəylər dövlətləri. . . Nəhayət 16-cı əsrdə dövlət dili azərbaycan dili olan Səfəvilər Dövləti, çox saylı Azərbaycan Xanlıqları. . . Yalnız Pəhləvilər 1936-cı ıldə İİR-ın bu günkü ərazindəki dövləti İran adlandırdılar. Son 32 ili isə İİR-sı. Qərbdə Fars Döviətini isə Persiya ( Firəngistan, Farsistan ) adlandırmışlar. İndi deyin görək cəmi bir neçə on illik tarixi olmaqla tarixi ərazilərimizdə yaradılmlş Dövlətə İran adlanan deməyək, bəs nə deyək? !

İdiia edirsiniz ki, İİR-də bir millət var, o da İran millətidir. İİR-sı əhalisinin 35 milyon olmaqla yarıdan çoxunu ( farsların sayı isə 18 milyon civarındadır ) təşkil edən soydaşlarımızı öz ana dillərində təhsil almaqdan məhrum etmiş, onların bir millət kimi varlığını inkar etməklə onları İran milləti adlandırmaq əsl şovinizm deyilmi ? Sovetlərin vaxtında da sovet xalqı anlamını dörüyyəyə buraxmaq istəmişdilər, amma alınmamışdı. . . Görünür bu ideya farsların çox xoşuna gəlmişdir.

Olduqca “gözəl tövsiyyələr“iniz var :

Azərbaycan Dövləti göstərsin ki, Bakı – Təl Əviv, Bakı – Vaşinqton əlaqələri
İİR-sına heç bir təhlükə yaratmır. Qeyd edim ki, bunu sübut etməyə ehtiyac belə yoxdur. ABD İranla müharibəyə başlarsa , ABD silahlı qüvvələrinin Azərbaycan ərazilərindən istifadəsinə icazə verilməycəyi AR-sı və İİR-sı arasında bağlanmış iki tərəfli müqavilələrdə öz əksini tapmışdır.

İİR-sı da göstərsin ki, Tehran-İrəvan əlaqələridə Azərbaycana təhlükə yaratmır. Cənab Süleymani , nəzərinizə çatdırmaq istərdim ki, Azərbaycana ən böyük təhyükə elə Tehran-İrəvan əlaqələrindən gəlir. Qarabağ savaşı başlayanda İran da Türkiyə kimi İran-Ermənistan sərhədlərini bağlasa idi Ermənistan heç bircə ayda davam gətirməzdi. İİR-sı 35 milyon azərinin, o cümlədən, ola bilsin ki, həm də Sizin istək arzularınızın ziddinə olaraq sərhədləri bağlamaq əvəzinə ermənilərə gərək olacaq hər bir yardımı etdi və etməkdədidr. İİR-sının Prezidenti Xocalı soyqrımına – qətliamına rəhbərlik etdiyini xüsusi qürurla söyləyən Sərkisyanı qardaşım deyərək bağrına basanda xəcalət çəkdinizmi ? Əminəm ki , yox ! Çünki milli qürurnuz yoxdur, cənab səfir. Əgər 35 milyon azəri ayağa qalxsa idi Mahmud Əhmədinecatın buna cürəti belə çatmazdı. Təəssüflər olsun ki, bu belə olmadı. İİR-ın Ermənistana qoyduğu yatırım artıq 2 milyard ABD dollarını keçmişdir. İİR-sı sözdə Azərbaycanın ərazi bütövlüyünü dəstəkləsədə ( buna görə də çox sağ olsunlar deyirik), reallıqda bunun tam əksini edir.

Azərbaycanda deyil, İsveç Ədliyyə orqanlarında qeydiyyata alınmış nizamnaməsinə uyğun olmaqla DAK bu problemlə ciddi məşğuldur. Biz DAK olaraq 1-ci mərhələdə İİR-da yaşayan azərilərin öz ana dilində təhsil almalarına nail olmaq (o cümlədən sizin övladlarınızın), onlarda özünə qayıdış – milli qürur hislərini mükəmməlləşdirməklə məruz qaldıqları mənəvi soyqrımı aradan qaldirmaqla məşğuluq. Biz İsveç ölkəsində qeydıyyata alinmış QHT olduğumuzdan, bu fəaliyyətmiz Azərbaycan Dövlətinin İİR-sının daxili işlərinə qarışması kimi dəyərləndirilə bilməz. Bilirik ki, çox çətin problemdir. Amma yolumuzdan dönən deyilik.

Tövsiyyə edirsiniz ki, Azərbaycanda Tehran-İrəvan əlaqələri tənqid edilməsin. Bunun nə demək olduğunu başa düşürsünüzmü? Axı Biz bir millətin övladlarıyıq. Siz necə bu cür düşünə bilirsiniz? Sizi sadəcə olaraq özünüzün və yaxınlarınızın aqibəti maraqlandırır? Böyük şairimiz M.Ə.Sabir hələ 100 il öncə məhz sizin kimilər üçün yazmışdı : Millət necə tarac olur – olsun nə işim var . . . Əslində sizdə günah görmürəm. Axı farsca təhsil almısınız . Düşüncəniz, əqliniz, kamalınız farsa bağlıdır. Dahi yazıçımız mərhum İsmail Şıxlı sizlərə gözəl tərif verib: sapı özümüzdən olan baltalar. . . Yazıqlar olsun sizlərə. Bütün bunlar Bizə bir daha əsas verir ki, DAK olaraq Cənubi Azərbaycandakı soydaşlarımızın hüquqları uğrunda qətiyyətlə mübarizə aparaq.

İstəyirsiniz ki, Azərbaycan Dövləti İran azərbaycanlıları barədə möqe élan etməsin. Azərbaycan Dövləti üzv olduğu BMT nizamnaməsinə uyğun olmaqla İİR-nın daxili işlərinə qarışmır. Bu işlə DAK və bu qəbildən olan QHT-lərin sizlərin tale yüklü problemləri ilə bağlı fəaliyyəti, Azərbaycan Dövlətinin İranın daxili işlərinə qarışması kimi dəyərləndirilə bilməz.

Deyirsiniz ki, Azərbaycan Respublikasının Prezidenti yalnız 9 milyonun prezidenti olsun. Siz bunu deməklə İran adlanan ölkədə yaşayan 35 milyon azərinin mövcudluğunu fars şovinizminin istəyinə üyğun inkar etdiyinizin fərqindəsinizmi? Bu istəyinizin bir cavabı var ! yazıqlar olsun sizə və sizin kimi düşünən şimallı – cənublu hər birimizə !

Yazımı məqalənizdəki ( buna məqalə demək mümkünsə ) axırıncı fikirlərlə sonuclayıram. Cənab səfır ! Məhəbbətdən tikanlar da gülə dönərsə, cənubda sizinlə eyni xislətdə olan az saylı azərilərin nəhayətsiz fars “ məhəbbəti “ aramıza girmiş fars “ adlanan qara tikanı gülə niyə döndərmir? !

Çox düzgün qeyd etmisiniz . Həmişə düz əyrini kəsib və kəsəcək! İnanın bu belə də olacaq ! Dünyada ikiyə bölünmüş iki Xalq var. Şimalı və cənubi Koreyada yaşamaqla ikiyə bölünmüş Koreya Xalqı. Bir də 19-cu əsrin əvvəllərində ruslarla farsların bağladıqları “ Gülüstan “ müqviləsi ilə ikiyə bölünmüş Azərbaycan Xalqı !

Birləşəcəyimiz Gün üfüqdən boylanır ! Cənab Ə.Süleymani !

DAK İcra Aparatının Rəhbəri
Fizika üzrə fəlsəfə doktoru
Oktay Hümbətli


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi