“Beatles” haqqında film çəkiləcək

beatles-haqqinda-film-cekilecek
Oxunma sayı: 952

Məşhur “Beatles”in dördlüyü haqqında bioqrafik film çəkiləcək. 

“Qafqazinfo” xəbər verir ki, bu barədə “AP” məlumat yayıb.

Bildirilib ki, bioqrafik film qrupun üzvləri olan Pol Makkartni, Con Lennon, Corc Harrison və Rinqo Stara həsr olunacaq.

Filmin rejissorunun Sem Mendes olacağı qeyd olunub.

Yayım şirkəti ekran işinin 2027-ci ildə təqdim olunacağını bildirib.