Birləşmiş Ərəb Əmirliklərinin ( BƏƏ ) hava hücumundan müdafiə sistemləri son 24 saat ərzində dörd ballistik raket və altı dron ələ keçirib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə BƏƏ Müdafiə Nazirliyinin sosial media hesabında məlumat yayılıb.
“15 mart 2026-cı ildə BƏƏ-nin hava hücumundan müdafiə sistemləri İrandan atılan dörd ballistik raketi və altı pilotsuz uçuş aparatını ələ keçirib”, deyə qeyd edilib.
BƏƏ Müdafiə Nazirliyinin məlumatına görə, münaqişənin başlanğıcından bəri ölkənin hava hücumundan müdafiə sistemləri 298 ballistik raket, 15 qanadlı raket və 1606 dron ələ keçirib.
BƏƏ-də İranın atəşi nəticəsində altı nəfər həlak olub, daha 142 nəfər yüngül və orta dərəcəli xəsarət alıb.
Son xəbərlər
Son Xəbərlər