BƏƏ-də AES-ə dron hücumu yanğınla nəticələndi

bee-de-aes-e-dron-hucumu-yanginla-neticelendi
Oxunma sayı: 525

Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) yerləşən “Bərəkəh" Atom Elektrik Stansiyası yaxınlığında pilotsuz uçuş aparatı (PUA) hücumu nəticəsində yanğın baş verib.

“Qafqazinfo” xəbər verir ki, hadisə stansiyanın daxili təhlükəsizlik zonasından kənarda yerləşən elektrik generatorunda olub.

Məlumata görə, yanğına dərhal müdaxilə edilib. Hazırda vəziyyətin nəzarət altında olduğu bildirilir.

Rəsmilər hadisə nəticəsində xəsarət alan olmadığını, stansiyanın bütün əsas sistemlərinin normal fəaliyyətini davam etdirdiyini açıqlayıb.