Bəhlul 10 aydan sonra start heyətdədir - Video

behlul-10-aydan-sonra-start-heyetdedir
Oxunma sayı: 123

“Qarabağ”ın müdafiəçisi Bəhlul Mustafazadə 10 aylıq fasilədən sonra yaşıl meydanlara qayıdıb.

“Qafqazinfo” xəbər verir ki, futbolçu Misli Premyer Liqasının XII turu çərçivəsində keçirilən “Kəpəz” – “Qarabağ” matçının start heyətində yer alıb.

Xatırladaq ki, B. Mustafazadə bu ilin fevralında UEFA Çempionlar Liqasının pley-off mərhələsində keçirilən “Qarabağ” – “Nyukasl” qarşılaşmasının 22-ci dəqiqəsində zədələnərək əvəzlənmişdi. Həmin vaxtdan yaşıl meydanlardan uzaq qalan müdafiəçi 10 aylıq fasilədən sonra yenidən komandasının heyətinə qayıdıb.