Bəhluldan sonra Duran da zədələndi - Video

behluldan-sonra-duran-da-zedelendi
Oxunma sayı: 339

“Qarabağ” İngiltərədə “Nyukasl”a qarşı keçirdiyi UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab görüşündə (3:2) ciddi itki ilə üzləşib.

“Qafqazinfo” xəbər verir ki, Azərbaycan təmsilçisinin hücumçusu Kamilo Duran 68-ci dəqiqədə topla irəlilədiyi vaxt heç bir müdaxilə olmadan ayağını tutaraq, yerə yıxılıb.

Təmsilçimizin bugünkü oyunda ilk qolunun müəllifi olan futbolçunun zədəsi ilə bağlı hələlik dəqiq məlumat verilməyib.

Qeyd edək ki, “Qarabağ” “Nyukasl”a qarşı Bakıda keçirdiyi matçda (1:6) isə müdafiəçi Bəhlul Mustafazadə zədələnmişdi. Onun sol budunun adduktor əzələlərində və qasıq nahiyəsində zədə müəyyən edilmişdi. Futbolçunun reavilitasiya müddətinin 10-12 həftə çəkəcəyi bildirilmişdi.