“Bəli, Navalnı öz əcəli ilə ölüb”

beli-navalni-oz-eceli-ile-olub
Oxunma sayı: 3357

Rusiya Federasiyası Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkin Aleksey Navalnının ölümündən danışıb.

“Qafqazinfo” xəbər verir ki, o bu haqda “Soloviev Live TV”yə müsahibəsində bildirib.

O bu ölümdə Qərbdə hansısa qüvvələrin əli olub-olmaması sualına belə cavab verib:

“Düşünmürəm ki, bu, hansısa xüsusi plandır, amma, təəssüf ki, insanların bir xüsusiyyəti var: gec-tez həyat sona çatır, ölürlər. Bəli, Navalnı öz əcəli ilə ölüb”, - deyə o vurğulayıb.

Qeyd edək ki, A. Navalnı fevralın 16-sı xüsusi rejimli cəzaçəkmə müəssisəsində vəfat edib. Onun tromb yaranması səbəbindən öldüyü ehtimal edilir.

Xatırladaq ki, A. Navalnı 2021-ci il yanvarın 17-də fırıldaqçılıq və hakimi təhqir etməsi ittihamı ilə həbs edilmiş, 2023-cü ilin avqustunda 19 il müddətinə azadlıqdan məhrum edilmişdi.