Fransalı hücumçu Kərim Benzema karyerasını Səudiyyə Ərəbistanında davam etdirəcək. Təcrübəli futbolçu “Əl-Hilal” klubu ilə müqavilə bağlayıb.
“Qafqazinfo” klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, anlaşmanın müddəti hələlik açıqlanmayıb.
38 yaşlı forvard daha əvvəl, 2023-2025-ci illərdə “Əl-İttihad”ın formasını geyinib və komanda ilə birlikdə ölkə çempionu olub.
Yanvarın 29-da “L’Equipe” nəşri Benzemanın maaşının azaldılması ilə bağlı yaranan narazılıq səbəbindən klubdan ayrıldığını yazmışdı.
Peşəkar karyerası ərzində “Lion” və “Real Madrid” kimi nəhəng klublarda çıxış edən Benzema 2022-ci ildə dünyanın ən yaxşı futbolçusuna verilən “Qızıl top” mükafatına layiq görülüb. O, Fransa millisində keçirdiyi 97 oyunda 37 dəfə fərqlənib.
Son xəbərlər
Son Xəbərlər