Bərdədə 38 yaşlı qadın 4-cü mərtəbədən yıxıldı - Yenilənib

berdede-38-yasli-qadin-4-cu-mertebeden-yixildi
Oxunma sayı: 1066

Bərdə şəhərində 38 yaşlı qadın yeddimərtəbəli binanın dördüncü mərtəbəsindən yıxılıb.

“Qafqazinfo”nun məlumatına görə, hadisə keçmiş məcburi köçkünlər üçün salınmış 588 saylı qəsəbədə baş verib.

Hadisə nəticəsində orada yaşayan Xocalı sakini 1988-ci il təvəllüdlü Hicran Şirinova xəsarət alıb.

O, Bərdə Diaqnostika Mərkəzinə çatdırılıb. Yaralıya ilkin tibbi yardım göstərildikdən sonra müalicəsinin davam etdirilməsi məqsədilə Bakıda fəaliyyət göstərən xəstəxanalardan birinə göndərilib.

Hadisənin başvermə səbəbləri araşdırılır.

***

TƏBİB-dən sorğumuza cavab olaraq bildirilib ki, 1988-ci il təvəllüdlü şəxs (qadın) ötən gün saat 01:40 radələrində Bərdə Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub: “Bel fəqərəsinin sınığı və qabırğaların çoxsaylı sınıqları diaqnozu təyin olunan pasiyentə ilkin zəruri tibbi xidmətlər göstərilib.

Pasiyent daha ixtisaslı tibbi xidmət almaq üçün Kliniki Tibbi Mərkəzə təxliyə olunub.

Hazırda müalicəsi müvafiq şöbədə davam etdirilir, vəziyyəti ağır qiymətləndirilir”.

Ziya Əmirxanlı