Berdımuhammedov naziri işdən çıxardı, rütbəsini saldı, mükafatlarını geri aldı

berdimuhammedov-naziri-isden-cixardi-rutbesini-saldi-mukafatlarini-geri-aldi
Oxunma sayı: 3767

Türkmənistan prezidenti Qurbanqulu Berdımuhammedov Daxili İşlər naziri, general-leytenant İsgəndər Mulikovu vəzifəsindən azad edib.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, prezident nazirin rütbəsini azaldaraq onu polis mayoru edib. Bundan başqa, Mulikovun bütün dövlət mükafatları geri alınıb. Berdımuhammedov onu işində çatışmazlıqlar, vəzifəsindən sui-istifadə halları olduğu və səlahiyyətlərini kobud şəkildə aşdığı üçün işdən çıxardığını bildirib. Onun sözlərinə görə, nazirə bununla bağlı 12 dəfə xəbərdarlıq edilsə də, o, bunlardan heç bir nəticə çıxarmayıb.

Mulikovun yerinə Məmmədxan Çakıyev təyin edilib. Buna qədər Çakıyev Baş Nazirin Sənaye, Nəqliyyat və Rabitə məsələləri üzrə müavini olub.