Almaniyanın tanınmış filosof və sosioloqu Yürgen Habermas 96 yaşında vəfat edib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Alman Xəbər Agentliyi (DPA) “Suhrkamp” nəşriyyatına istinadən məlumat yayıb.
O, bu gün Starnberqdə vəfat edib.
1929-cu ildə Düsseldorf şəhərində doğulan Habermas 1961-ci ildə Marburq Universitetində dosent vəzifəsinə yüksəlib. 1961-1964-cü illər arasında isə Heydelberq Universitetidə fəlsəfə dərsləri verib.
1964-cü ildə Frankfurt-Mayn Universitetində fəlsəfə və sosiologiya kafedrasının müdiri olan Habermas 1971-1981-ci illər ərzində Maks Plank İnstitutunda elmi və texnoloji dünyanın həyat şəraitini araşdıran direktorluq vəzifəsini icra edib.
Frankfurt Məktəbinin nümayəndəsi kimi tanınan Habermas 1983-cü ildə Frankfurt-Mayn Universitetiə qayıdaraq 1994-cü ilə qədər professor kimi fəlsəfə kafedrasına rəhbərlik edib. Onun elmi və fəlsəfi fəaliyyəti XX və XXI əsr düşüncə tarixində əhəmiyyətli iz qoyub.
Son xəbərlər
Son Xəbərlər