“Paltardəyişmə otağında baxdım, hər ikisi penalti idi” - Video

paltardeyisme-otaginda-baxdim-her-ikisi-penalti-idi
Oxunma sayı: 534

“Zirə”nin baş məşqçisi Rəşad Sadıqov komandasının “Qarabağ”la keçirdiyi matçda yaranan penalti epizodlarından danışıb.

“Qafqazinfo” xəbər verir ki, onun sözlərinə görə, oyjn dakı epizodlara soyunub-geyinmə otağında baxıb.

“Mənə görə, hər ikisi penalti idi. O penaltilər nəticəyə nə qədər təsir edərdi, o başqa sualdır. 25-ci dəqiqədə “Qarabağ”dan 1:0 irəli çıxırsan. Təbii ki, üzərlərində basqı olacaqdı, amma “Qarabağ” kimi komanda oradan da oyunu çevirə bilər.

Amma bizim üçün üstünlük olacaqdı, çünki oyuna çox fəal başlamışdıq. Futbolçular daha inamlı olacaqdı. Rəqib daha çox basqı altında olacaqdı.

İkinci 86-cı dəqiqədə idi, qol vursaq, 3:2 olacaqdı, oyunun gedişinə təsir edəcəkdi, ya yox, bilmirəm.

Maraqlı olan odur ki, mən əminəm ki, epizodları şərh etdikdə haqq qazandırılacaq ki, penalti deyildi. Digər tərəfdən, hər iki epizodda penalti verilsəydi, şərhlər olacaqdı ki, penaltidir. Son vaxtlar epizodların şərhləri adamı o baxımdan məyus edir ki, penalty verilsəydi, şərh edəcəkdilər ki, penaltidir. Verilmədi, deyəcəklər, penalti deyildi. Fərid Hacıyev - Nicat İsmayıllının “Zirə”nin əvvəlki oyunlarında mübahisəyə açıq epizodlarla bağlı qərarları olub. Bu gün də bu tandem mübahisəyə açıq qərarlar verdi”.