“Meqan Harrinin beynini yuyub” - Yeni bioqrafiya gündəm oldu

meqan-harrinin-beynini-yuyub
Oxunma sayı: 374

İngiltərə şahzadəsi Harri haqqında yeni dərc olunan bioqrafiya gündəm olub.

“Qafqazinfo” xəbər verir ki, kitabda şahzadənin həyat yoldaşı Meqan Markla bağlı mübahisəli iddialar yer alıb.

Belə ki, kitabda Kraliça Kamillanın “Meqan Harrinin beynini yuyub” dediyi irəli sürülür.

Bu iddialar “Reuters” və “Times” vasitəsilə yayımlanıb.

Şahzadə Harri və Meqan Marklın sözçüsü bu iddialara sərt reaksiya verib.

Bəyanatda deyilir ki, kitabın müəllifi Tom Boverin şərhləri “tənqid xəttini keçib və vəsvəsəyə çevrilib”:

“Faktları öyrənmək istəyənlər başqa yerə baxmalıdır. Çılğın nəzəriyyələr və melodram axtaranlar haradan tapacaqlarını bilirlər”.

Kitabda həmçinin qeyd olunur ki, cütlük 2020-ci ildə kral vəzifələrindən istefa verərək ABŞ-nin Kaliforniya ştatına köçüb və o vaxtdan bəri Britaniya kral ailəsi ilə münasibətləri gərgin olub. Müəllif iddia edir ki, 2018-ci ildə toylarından qısa müddət sonra cütlük digər kral ailəsi üzvləri ilə münaqişəyə başlayıb.

Müəllifin sözlərinə görə, Şahzadə Harrinin böyük qardaşı Şahzadə Uilyam və həyat yoldaşı Keyt Middlton Meqanın Harri üzərindəki təsirindən narahat idilər və onu kral ailəsi üçün təhlükə kimi görüblər.

Bundan əlavə, kitab Şahzadə Harri və Şahzadə Endryu Mauntbetten-Vindzor arasındakı qalmaqalları da işıqlandırır. Harri Ceffri Epşteyn qalmaqalından sonra əmisi Endryunun kral vəzifələrindən uzaqlaşdırılmasından çox sarsılıb və ailəsi ilə gərginliyə görə özünün də tamamilə kənarlaşdırılacağından narahat olub.