“Təkcə Ukraynaya xəyanət etmirsiniz...” - Orbana məktub yazdı

tekce-ukraynaya-xeyanet-etmirsiniz
Oxunma sayı: 1160

Ukraynanın üçüncü prezidenti Viktor Yuşşenko Macarıstanın Baş naziri Viktor Orbanı kəskin tənqid edən açıq məktubla çıxış edib.

“Qafqazinfo” xəbər verir ki, Yuşşenko “Facebook” hesabında paylaşdığı müraciətdə həmkarını Ukraynaya qarşı yürütdüyü siyasətdən əl çəkməyə çağırıb.

Keçmiş dövlət başçısı məktubuna Orbanla 1999-cu ildə çəkilmiş arxiv fotosunu da əlavə edərək, onun vaxtilə azadlıq və ləyaqət dəyərlərini müdafiə edən bir lider olduğunu xatırladıb:

“Siz təkcə Ukraynaya xəyanət etmirsiniz, həm də Budapeşt küçələrində sovet tanklarını görməyin necə olduğunu bilən öz xalqınızın xatirəsinə xəyanət edirsiniz”.

Qeyd edək ki, bu müraciət iki ölkə arasında gərginliyin pik həddə çatdığı bir vaxtda baş verib. Belə ki, martın 11-də Viktor Orban ailəsinin ukraynalılar tərəfindən təhdid edildiyini bəyan edib. O, anasına və övladlarına zəng edərək ehtiyatlı olmağı tapşırdığını bildirib.

Məlumat üçün bildirək ki, Macarıstan tərəfi həmin təhdidlərin Ukrayna Təhlükəsizlik Xidmətinin (SBU) keçmiş generalı Qriqori Omelçenkonun açıqlamalarından sonra artdığını iddia edir. Omelçenko müsahibəsində Orbanın beş övladı və altı nəvəsi olduğunu xatırladaraq, onun “gizlənə bilməyəcəyini” qeyd etmişdi.