“Beşiktaş” Qurban Qurbanovu istəyir

besiktas-qurban-qurbanovu-isteyir
Oxunma sayı: 9451

“Beşiktaş”ın baş məşqçisi Fernando Santoşun ardıcıl məğlubiyyətlərindən sonra klub yeni çalışdırıcı axtarışındadır.

“Qafqazinfo” xəbər verir ki, İstanbul təmsilçisi “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovla maraqlanır.

Bu barədə məlumatı “Fotospor” saytı yayıb. Bildirilib ki, uğursuz olan F.Santoşun yerinə ən real namizəd Qurban Qurbanov göstərilir.

İstanbul klubunun idman direktoru Samet Aybaba “Qarabağ”ın “Bayer”ə (Leverkuzen) qarşı keçirdiyi oyunu canlı izlədikdən sonra rəhbərliyə Qurban Qurbanov haqqında müsbət fikirlər bildirib.

Xəbəri rus dilində oxuyun: Суд направил Говхар Бахшалиевой письмо по делу ученого

S.Aybaba həmçinin Azərbaycan təmsilçisinin oyunçuları Abdullah Zubir və Olavio Juninyonu da bəyənib.