“Beşiktaş”ın qol şousu

besiktasin-qol-sousu
Oxunma sayı: 3184

UEFA Avropa Liqasının pley-off mərhələsinin cavab oyununda Türkiyənin “Beşiktaş” və İsveçrənin “Luqano” klubları üz-üzə gəlib.

“Qafqazinfo” xəbər verir ki, “Tüpraş” stadionunda keçirilən görüşdə Türkiyə təmsilçisi 5:1 hesabı ilə qalib gələrək UEFA Avropa Liqasının qruplarına vəsiqə qazanıb.

“Beşiktaş”a qələbə qazandıran qollar 7 və 71-ci dəqiqələrdə Çiro İmmobile, 65-ci dəqiqədə Gedson Fernandes, 70-ci dəqiqədə Rafa Silva və 90+2 dəqiqədə Salih Uçan olub.

“Luqano”nun yeganə qolunu 59-cu dəqiqədə Şkelqim Vladi vurub.