“Beşiktaş”ın təklifi qəbul edilmədi

besiktasin-teklifi-qebul-edilmedi
Oxunma sayı: 2070

“Beşiktaş” “Barselona”nın yarımmüdafiəçisi Oriol Romeunu heyətində görmək istəyir. 

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Sport” nəşri məlumat yayıb. 

Nəşrin məlumatına görə, “Beşiktaş”ın qarşı tərəfə 3 milyon avro dəyərində təklif göndərdiyi bildirilib. Lakin "Barselona" bunu qəbul etməyib. Belə ki, 32 yaşlı yarımmüdafiəçinin komandadan ayrılacaq, amma o, İspaniyada qalacaq. 

Qeyd edək ki, Romeu bu mövsüm 32 matçda 1 qol ötürməsi edib.