Beşinci kubokunu “Aston Villa” ilə qazandı

besinci-kubokunu-aston-villa-ile-qazandi
Oxunma sayı: 307

Məlum olduğu kimi, “Aston Villa” Almaniyanın “Frayburq” klubunu 3:0 hesabı ilə darmadağın edərək tarixində ilk dəfə UEFA Avropa Liqasının qalibi olub.

“Qafqazinfo” xəbər verir ki, bu çempionluq həm də “Aston Villa”nın baş məşqçisi Unay Emerinin şəxsi karyerasında növbəti tarixi rekorda imza atması ilə yadda qalıb.

Belə ki, ispaniyalı mütəxəssis bundan əvvəl ardıcıl üç il – 2014, 2015 və 2016-cı illərdə İspaniyanın “Sevilya” klubu ilə bu kuboku qazanıb. Daha sonra 2021-ci ildə “Vilyareal” ilə eyni turnirdə çempionluq sevinci yaşayan mütəxəssis bu dəfə “Aston Villa” ilə karyerasında beşinci Avropa Liqası zəfərinə imza atıb.

Qeyd edək ki, bununla da Unay Emeri Avropa Liqası tarixində eyni turnirin kubokunu 5 dəfə qazanan yeganə baş məşqçi kimi adını tarixə yazdırıb. Çempionlar Liqası tarixində isə analoji rekorda (5 kubok) italyan mütəxəssis Karlo Ançelotti liderlik edir.