Beyləqanda Həmrəylik Günü və Yeni il qeyd olundu - Fotolar

beyleqanda-hemreylik-gunu-ve-yeni-il-qeyd-olundu
Oxunma sayı: 662

Bu gün Beyləqan Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə təntənəli tədbir keçirilib. 

“Qafqazinfo” xəbər verir ki, tədbirdə çıxış edən Beyləqan RİH başçısı Əziz Əzizov Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününün tarixi əhəmiyyətindən bəhs edərək iştirakçıları təbrik edib. Azərbaycanın suverenliyi fonunda 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı ilə üst-üstə düşən Vətən müharibəsində qazanılmış zəfərin 5-ci ildönümünün milli birlik və dövlətçilik dəyərlərinin təntənəsi olduğunu vurğulayıb.

Rayon rəhbəri eyni zamanda Prezident İlham Əliyevin rəhbərliyi ilə Beyləqan rayonunda həyata keçirilən sosial-iqtisadi və infrastruktur layihələrinin əhalinin rifahının yüksəldilməsinə xidmət etdiyini qeyd edərək, görülən işlərin bundan sonra davam etdiriləcəyini vurğulayıb.

Tədbir çərçivəsində rayonun ictimai-mədəni və sosial-iqtisadi həyatında fəal iştirakına görə bir qrup şəxs və şəhid ailəsi azvləri Beyləqan RİH başçısının Fəxri Fərmanı ilə təltif olunub.

Tədbirdə rayon Polis şöbəsinin rəisi Ceyhun Qurbanov və rayon Məhkəməsinin sədri Ramiz Nurullayev də çıxış edərək tədbir iştirakçılarını bayram münasibətilə təbrik edib, Prezident İlham Əliyevin həyata keçirdiyi məqsədyönlü siyasət, göstərilən diqqət və qayğı nəticəsində ölkəmizin davamlı inkişaf yolunda mühüm nailiyyətlər qazandığını vurğulayıblar.

Bayram tədbiri Mil-Muğan Regional Mədəniyyət İdarəsinin Beyləqan rayon nümayəndəliyinin incəsənət xadimlərinin ifalarından ibarət zəngin bədii proqram ilə davam etdirilib, Yeni ilin personajları – Şaxta Baba və Qar qız səhnəyə çıxaraq şəhid övladlarını təbrik edib və onlar üçün maraqlı şou proqramı təqdim ediblər.