İsrailin Baş naziri Benyamin Netanyahu ABŞ Prezidenti Donald Trampla fikir ayrılıqlarının olduğunu bildirib.
“Qafqazinfo” xəbər verir ki, Netanyahu bu fikirləri CNN-ə verdiyi müsahibədə səsləndirib.
Netanyahu izah edib ki, Trampla münasibətlərində zaman-zaman fikir ayrılıqları yaranıb:
“O, ABŞ Prezidentidir və Birləşmiş Ştatlar üçün faydalı olanı edir. Mən isə İsrailin Baş naziriyəm və İsrail üçün vacib və faydalı olanı edirəm”.
Eyni zamanda, Netanyahu vurğulayıb ki, əksər hallarda İsrail və ABŞ-nin maraqları üst-üstə düşür. Onun fikrincə, bu iki ölkə əsl müttəfiqdir.
Son xəbərlər
Son Xəbərlər