“Big Ben Kids Academy” uşaq bağçasında Zəfər Günü - Video

big-ben-kids-academy-usaq-bagcasinda-zefer-gunu
Oxunma sayı: 476

“Big Ben Kids Academy” uşaq bağçasında 8 Noyabr - Zəfər Gününə həsr olunmuş “Zəfərin səsi” adlı xüsusi tədbir keçirilib. 

“Qafqazinfo” xəbər verir ki, tədbir bağçanın peşəkar müəllim heyəti tərəfindən qurulmuş proqram əsasında bağça uşaqlarının iştirakı ilə baş tutub.

Əvvəlcə tədbir iştirakçıları Zəfər Parkı və Hərbi Qənimətlər Parkını ziyarət edib. Tədbirin açılışında çıxış edənlər uşaqları və bütün xalqımızı 8 Noyabr - Zəfər Günü münasibətilə təbrik edib, zəfər sevincini bizə bəxş edən Ali Baş Komandan İlham Əliyevə və rəşadətli Azərbaycan Ordusuna sonsuz təşəkkürlərini bildiriblər. Daha sonra balacalar vətənpərvərlik mövzusunda səhnəciklər nümayiş etdirib, mahnılar oxuyublar.

Tədbirin əsas məqsədi uşaqlara vətənə sevgi, hörmət və vətənpərvərlik hisslərini aşılamaq, onlarda milli kimlik və tarixə bağlılıq duyğusunu formalaşdırmaqdır.

Sonda vurğulanıb ki, bu cür tədbirlər uşaqların milli-mənəvi dəyərlərlə böyüməsinə, zəfərimizin mənəvi dəyərinin gələcək nəslin yaddaşında yaşamasına mühüm töhfə verir.