Biləsuvarda qadın qətlə yetirildi - Yenilənib+Fotolar

bilesuvarda-qadin-qetle-yetirildi
Oxunma sayı: 5036

Biləsuvarda 25 yaşlı qadını əri qətlə yetirib.

“Qafqazinfo” xəbər verir ki, hadisə rayonun Xırmandalı kəndində baş verib.

Belə ki, kənd sakini 1997-ci il təvəllüdlü Anar Məmiyev həyat yoldaş 1999-cu il təvəllüdlü Sevil Əlilini bıçaqlayaraq qətlə yetirib.

O, həyat yoldaşını öldürdükdən sonra polisə gedərək könüllü təslim olub.

Qeyd edək ki, öldürülən xanımı həyat yoldaşı bu gün atasıgildən gətirib. 

Hadisə gənc ailənin özlərinə tikdiyi yeni mənzildə baş verib.

İlkin ehtimala görə hadisəyə səbəb ailə münaqişəsi olub.

Faktla bağlı araşdırma aparılır.

Surxay Şahbazov

***

Bu gün saat 15:30 radələrində Biləsuvar rayonunun Xırmandalı kəndi ərazisində 1999-cu il təvəllüdlü Sevil Əlillinin kəsilmiş-deşilmiş xəsarətlərlə qətlə yetirilməsi barədə polisə məlumat daxil olub.

DİN-in Mətbuat Xidmətinin regional qrupundan verilən məlumata görə, cinayət əməlini törətməkdə şübhəli bilinən S.Əlillinin həyat yoldaşı 1997-ci il təvəllüdlü Anar Məmiyev polisə gələrək könüllü təslim olub.

Həmin şəxs saxlanılıb. Araşdırılmalar aparılır.

***

Biləsuvar rayon prokurorluğundan verilən məlumata görə, faktla bağlı cinayət işi başlanıb.

Qeyd olunub ki, martın 26-da saat 15 radələrində Biləsuvar rayonu ərazisində 1999-cu il təvəllüdlü Sevil Əlilinin öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Araşdırma zamanı 1997-ci il təvəllüdlü Anar Məmiyevin rayonun Xırmandalı kəndi ərazisində yerləşən fərdi yaşayış evində deşici kəsici alətlə xəsarətlər yetirərək arvadı Sevil Əlilini qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Hadisədən sonra Anar Məmiyev könüllü olaraq təslim olub və rayon prokurorluğunun qərarı əsasında şübhəli şəxs qismində tutulub.

Faktla bağlı Biləsuvar rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.