Biləsuvarda qəza - 4 yaralı var-Yenilənib

bilesuvarda-qeza
Oxunma sayı: 549

Biləsuvarda ağır yol-nəqliyyat hadisəsi baş verib.

“Qafqazinfo” xəbər verir ki, qəza Ələt-Astara magistral yolunun bu rayonun giriş hissəsinin yaxınlığında qeydə alınıb.

İlkin məlumata görə, iki minik avtomobilinin toqquşması nəticəsində 4 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb. Yaralılar dərhal Salyan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

“Rexton” markalı minik avtomobilində olan 3 nəfərin Qubadlı rayon sakinləri olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

***

Salyan Rayon Mərkəzi Xəstəxanasından bildirilib ki, bu gün saat 15:10 radələrində xəstəxanasın təcili tibbi yardım şöbəsinə 4 nəfər - 2 qadın, 2 kişi hospitalizasiya olunub.

“Müxtəlif bədən xəsatətləri alan pasiyentlərə zəruri tibbi xidmətlər göstərilib. Onlardan 2 nəfərin vəziyyəti qənaətbəxş qiymətləndirilib və ambulator müalicə üçün evə buraxılıb. Hazırda 2 nəfərin müalicəsi davam etdirilir, vəziyyətləri orta ağır qiymətləndirilir”, - məlumatda bildirilib.

Surxay Şahbazov