Biləsuvarda qəza, yaralılar var - Fotolar

bilesuvarda-qeza-yaralilar-var
Oxunma sayı: 1130

Biləsuvarda yol-nəqliyyat hadisəsi baş verib.

“Qafqazinfo” xəbər verir ki, hadisə rayonun Aşağı Cürəli kəndinin ərazisində qeydə alınıb.

Belə ki, hadisə zamanı minik və yük avtomobilləri toqquşub.

Qəzada xəsarət alan 3 nəfər rayon xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Surxay Şahbazov