Binədə tullantıların toplandığı yerdə yanğın - Foto - Yenilənib

binede-tullantilarin-toplandigi-yerde-yangin
Oxunma sayı: 1966

Paytaxtın Binə qəsəbəsi yaxınlığında yaşayış olmayan sahədə yanğın baş verib.

“Qafqazinfo” xəbər verir ki, ərazidən ətrafa güclü tüstü yayılmağa başlayıb.

FHN-dən sorğumuza cavab olaraq bildirilib ki, Xəzər rayonu Binə qəsəbəsində məişət tullantılarının toplandığı ərazidə yanğın başlaması barədə 112 qaynar xəttinə məlumat daxil olub.

Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər həyata keçirilir.

***

Baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.