Binəqədidə “Sağlam həyat naminə narkotikə yox” mövzusunda tədbir keçirilib - Fotolar

bineqedide-saglam-heyat-namine-narkotike-yox-movzusunda-tedbir-kecirilib
Oxunma sayı: 981

Binəqədi Rayon İcra Hakimiyyəti, Binəqədi rayon Gənclər və İdman İdarəsi və “Binəqədi Gənclər Evi” sosial xidmət müəssisəsinin birgə təşkilatçılığı ilə 26 İyun-“Narkomaniyaya və Narkobiznesə qarşı Beynəlxalq Mübarizə Günü“nə həsr edilmiş Sağlam həyat naminə narkotikə yox!” mövzusunda tədbir keçirilib.

“Qafqazinfo” xəbər verir ki, tədbirdə Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Sevinc Süleymanova və aparatın İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Nicat Allahverdiyev, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupunun rəhbər müavini Tanrıverdi Aydınov, Milli QHT Forumunun prezidenti Rauf Zeyni, Binəqədi rayon Polis İdarəsinin Cinayət axtarış şöbəsinin rəisi Namiq Acalov, Rayon Gənclər və İdman İdarəsinin rəisi Namiq Tarverdiyev, “Binəqədi Gənclər Evi” sosial xidmət müəsissəsinin direktoru Ələkbər Mustafayev, rayonun fəal gəncləri iştirak ediblər. 

Tədbir iştirakçılarının məktəblilərin narkomaniya mövzusunda çəkdikləri rəsmlərlə tanışlığından sonra tədbiri giriş nitqi ilə açan Sevinc Süleymanova bunları deyib: “Ümummilli lider Heydər Əliyevin imzaladığı, narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizəni gücləndirən “Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı tədbirlər haqqında” 1996-cı il 26 avqust tarixli Fərman bu sosial bəlaya qarşı mübarizənin keyfiyyətcə yeni mərhələyə qədəm qoymasına rəvac verdi. Bundan sonra həmin Fərman əsasında 2000-ci ilə qədər olan dövr üçün narkomanlığın yayılmasına, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə ümummilli proqram hazırlandı. Azərbaycanda aidiyyəti qurumlar narkomanlığa, eləcə də narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı bugün də uğurlu mübarizə aparır”.

Tədbir çərçivəsində Dövlət Komissiyasının İşçi Qrupu tərəfindən hazırlanmış “802” Qaynar Xəttinə dair videoçarxın nümayişi və zəruri təbliğat materiallarının iştirakçılar arasında paylanılması təşkil edilib və tədbir gəncləri maraqlandıran sualları təşkilatçılar tərəfindən ətraflı cavablandırmaqla müzakirə formatında davam edib.