Bir həftə əvvəl işdən çıxarılan yüksək vəzifəli şəxs saxlanıldı

bir-hefte-evvel-isden-cixarilan-yuksek-vezifeli-sexs-saxlanildi
Oxunma sayı: 8707


“Qafqazinfo” xəbər verir ki, “Azİmport”dakı mənbələrdən virtualaz.org-a verilən xəbərə görə, mülki geyimli şəxslər bu gün şirkətin ofisinə gedərək hər iki şəxsi saxlayıblar.

Məlumata görə, həmin mülki geyimlilər bir müddətdən sonra Azər Əsgərovla birlikdə şirkətin ofisinə qayıdıblar. Onlar ofisdən zəruri sənədləri götürərək A.Əsgərovla birgə yenidən naməlum istiqamətə gediblər.

R.Məmmədovla A.Əsgərovun hazırda harada olması barədə heç bir məlumat yoxdur. Onlar evlərində deyillər. Heç ofisə də qayıtmayıblar.

Virtualaz.org hüquq-mühafizə orqanlarından R.Məmmədovla A.Əsgərovun saxlanılmasının təfərrüatlarını dəqiqləşdirməyə çalışır.