Birlikdə çəkiləcəkləri reklama görə milyonlar qazanacaqlar

birlikde-cekilecekleri-reklama-gore-milyonlar-qazanacaqlar
Oxunma sayı: 3871

Evlilikləri, uşaqları, həyatları ilə tez-tez danışılan məşhur aktyor Burak Özçivit və həyat yoldaşı, aktrisa Fahriye Evcen bu dəfə qazancları ilə gündəmə gəlib. 

“Qafqazinfo” “Ensonhaber”ə istinadən xəbər verir ki, bir mebel markasının siması olan ikilinin 2 illik müqavilə üçün ümumilikdə 80 milyon TL (təxminən 4 608 000) qazanacağı iddia edilib.

Qeyd edək ki, cütlük 2017-ci ildə ailə həyatı qurub. Onların iki övladı var.