Birminhemə də müsəlman mer rəhbərlik edəcək - Video

birminheme-de-muselman-mer-rehberlik-edecek
Oxunma sayı: 668

Böyük Britaniyanın əhali sayına görə ikinci ən böyük şəhəri olan Birminhemə tarixdə ilk dəfə olaraq müsəlman mer, Pakistan əsilli Zakir Çaudhri rəhbərlik edəcək. 

“Qafqazinfo” xəbər verir ki, bu barədə Birminhem Şəhər Şurası məlumat yayıb.

Çaudhrinin andiçmə mərasimi ərəbcə dua oxunması ilə yadda qalıb.

Qeyd edək ki, son onilliklərdə miqrasiya səbəbindən Birminhem şəhərinin əhali tərkibində ciddi dəyişiklik baş verib. Belə ki, hazırda şəhər əhalisinin əhəmiyyətli hissəsini Cənubi Asiyadan gələnlər və müsəlman icmasının nümayəndələri təşkil edir.

Xatırladaq ki, Böyük Britaniyanın paytaxtı Londona da Pakistan əsilli müsəlman mer Sadiq Xan rəhbərlik edir. O, 2016-cı ildə bu vəzifəyə seçilib. 2024-cü ilin mayında baş tutan seçkilərdə Sadiq Xan növbəti dəfə qalib gələrək ardıcıl 3-cü müddətə şəhərə rəhbərlik etmək hüququ qazanıb.