“Biz bir xətti tutaraq “kor pişik” kimi bu xətlə getməməliyik”

biz-bir-xetti-tutaraq-kor-pisik-kimi-bu-xetle-getmemeliyik
Oxunma sayı: 1283

“Bizim hər zaman praqmatizm nöqteyi-nəzərindən qaldırdığımız bir məsələ də var ki, sərhəd, heç şübhəsiz, prinsiplərə əsasən delimitasiya olunmalıdır. Lakin, eyni zamanda, sərhədin elə hissələri var ki, hər iki tərəf üçün problemlər yaradır”.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Prezident İlham Əliyev aprelin 23-ü ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumda bildirib.

“Bu, yollar, bəzən təhlükəsizlik mexanizmi, bir-birinin ərazilərinin dərinliyinin görünməsi ilə bağlı olur. Ona görə də biz kreativ olmalıyıq. Biz bir xətti tutaraq “kor pişik” kimi bu xətlə getməməliyik. Biz xətti əsas kimi götürürük, amma məntiqli olmalıyıq və hər iki tərəf üçün təhlükəsiz, hər iki tərəf üçün rahat olacaq sərhədlə bağlı razılığa gəlməliyik. Baxmayaraq ki, qeyd etdiyim kimi, sərhədin və ətraf ərazilərin böyük hissəsi məskunlaşma olmayan yerlərdir, insanların bir-birinə yaxın yaşadığı hissələr var. Onlardan biri məhz həmin 4 kəndin ərazisidir ki, yaşayış məntəqələri arasında məsafə ola bilsin bir neçə yüz metr və ya ondan da azdır. Biz bu dörd kəndlə bağlı məsələni faktiki olaraq İkinci Qarabağ müharibəsindən dərhal sonra qaldırdıq, biz onları heç vaxt unutmuruq”, - dövlət başçısı əlavə edib.