“Bizə heç kimin köməyi də, himayadarlığı da lazım deyil” - Yenilənib

bize-hec-kimin-komeyi-de-himayadarligi-da-lazim-deyil
Oxunma sayı: 1349

“Bizim ideoloji məkanımız yad ünsürlərdən, yad təsirlərdən azad olmalıdır. Bu, eyni zamanda, bizim xarici siyasət strategiyamızdır”.

“Qafqazinfo” xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının (YAP) VIII Qurultayında çıxışı zamanı söyləyib.

“Biz xarici siyasəti elə qururuq və bundan sonra da qurmalıyıq ki, heç kim bizim işimizə müdaxilə etməsin. Bizə heç kimin köməyi də lazım deyil, himayədarlığı da lazım deyil”, - dövlət başçısı vurğulayıb.

***

İlham Əliyev qeyd edib ki, düzgün ideoloji işin qurulması, şablonlardan əl çəkmək, hansısa formal xarakter daşıyan tədbirlərdən əl çəkmək vaxtı gəlib çatıb: “Yəni yeni, müasir ideoloji işlər aparılmalıdır. Bizim üstünlüyümüz ondan ibarətdir ki, bəzi ölkələrdən fərqli olaraq bizə əfsanə yaratmaq lazım deyil”.

***

“Hamı yaxşı bilir ki, İslam həmrəyliyinin gücləndirilməsi üçün nə qədər böyük səylər göstəririk və burada da birləşdirici rol oynayırıq”, - dövlət başçısı bildirib.

İlham Əliyev vurğulayıb ki, bizim həm tariximiz və bu günümüz, siyasi adımlarımız və imkanlarımız buna şərait yaradır.