Blinken yenidən İsrailə səfər edəcək

blinken-yeniden-israile-sefer-edecek
Oxunma sayı: 1278

ABŞ dövlət katibi Entoni Blinken yenidən İsrailə səfər etməyi planlaşdırır.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

Bildirilib ki, görüş noyabrın 3-nə nəzərdə tutulub.

ABŞ Dövlət Departamentinin nümayəndəsinin sözlərinə görə, Blinken bundan sonra regionun digər ölkələrinə də səfər etməyi düşünür.

Xatırladaq ki, 7 oktyabrda İsrail və Fələstin arasında vəziyyət gərginləşəndən sonra Blinken həmin ayın 12 və 17-si də İsrailə səfər edib.