Blinkenlə Qarabağdakı son hadisələri də müzakirə etdi

blinkenle-qarabagdaki-son-hadiseleri-de-muzakire-etdi
Oxunma sayı: 2165

Türkiyənin xarici işlər naziri Hakan Fidan Nyu-Yorkda BMT Baş Assambleyasının 78-ci sessiyası çərçivəsində ABŞ dövlət katibi Antoni Blinkenlə görüş keçirib.

“Qafqazinfo” “TRT Haber”ə istinadən xəbər verir ki, təxminən 45 dəqiqə davam edən görüş qapalı baş tutub.

Görüşdə iki ölkə arasında münasibətlərin daha yüksək səviyyəyə qaldırılması üçün qarşıdakı dövrdə atılacaq konkret və konstruktiv addımlar ətrafında fikir mübadiləsi aparılıb.

Həmçinin görüş zamanı Qara Dəniz Taxıl Təşəbbüsü, İsveçin NATO-ya üzvlüyü və Qarabağdakı son hadisələr də müzakirə olunub.