BMT-nin Qəzza sektorunda ölən əməkdaşlarının sayı açıqlandı

bmt-nin-qezza-sektorunda-olen-emekdaslarinin-sayi-aciqlandi
Oxunma sayı: 1520

Yaxın Şərqdə münaqişənin başlamasından bəri Qəzza zolağında BMT-nin Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyinin (UNRWA) ən azı 64 əməkdaşı ölüb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə BMT Təhlükəsizlik Şurasının Qəzza zolağındakı vəziyyətə dair iclasında general Filip Lazzarini bildirib.

“Mən cəmi üç həftə ərzində 64 həmkarımı itirdim. Sonuncu faciəli ölüm iki saat əvvəl təsdiqləndi”, - Lazzarini deyib.

Xatırladaq ki, oktyabrın 7-si İsrail ərazisi Qəzza zolağından raket atəşinə tutulub. Qəzza zolağına nəzarət edən HƏMAS hərəkatı İsrailə qarşı genişmiqyaslı hərbi əməliyyata başladığını bildirib. Bunun ardınca İsrail ordusu Qəzza zolağında “Dəmir qılınclar” adını verdiyi hərbi əməliyyata başlayıb.