BMU kollektivi Ümummilli Liderin məzarını ziyarət etdi - Fotolar

bmu-kollektivi-umummilli-liderin-mezarini-ziyaret-etdi
Oxunma sayı: 1007

Bu gün Bakı Mühəndislik Universitetinin (BMU) kollektivi dünyaşöhrətli siyasi xadim, Ümummilli Lider Heydər Əliyevin vəfatının 21-ci ildönümü ilə əlaqədar Fəxri xiyabanda Ulu Öndərin məzarını ziyarət edib.

“Qafqazinfo” xəbər verir ki, BMU-nun əməkdaşları müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini böyük ehtiramla yad edib, məzarı önünə gül dəstələri qoyublar.

Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad olunub, məzarı önünə tər çiçəklər düzülüb.