BMU tələbəsi magistratura imtahanında respublika ikincisi oldu - Foto

bmu-telebesi-magistratura-imtahaninda-respublika-ikincisi-oldu
Oxunma sayı: 348

Dövlət İmtahan Mərkəzinin mayın 17-si keçirdiyi magistraturaya qəbul imtahanının II cəhdinin nəticələrinə əsasən, Bakı Mühəndislik Universitetinin (BMU) tələbəsi İsmayıl Əliyev yüksək nəticə göstərib.

“Qafqazinfo” xəbər verir ki, BMU-nun İnformasiya və kompüter texnologiyaları fakültəsinin “İnformasiya təhlükəsizliyi” ixtisası üzrə sonuncu kurs tələbəsi İsmayıl Əliyev 91.5 bal toplayaraq respublika üzrə ikinci olub.

İ.Əliyevin əldə etdiyi yüksək nəticə BMU-da informasiya texnologiyaları və kibertəhlükəsizlik istiqamətində həyata keçirilən keyfiyyətli tədris prosesinin və tələbələrin peşəkar hazırlığının göstəricisidir.

Gələcək təhsil planlarından danışan İsmayıl Əliyev magistr təhsilini də BMU-da davam etdirmək niyyətində olduğunu bildirib. O, magistratura səviyyəsində “Bulud və şəbəkə infrastrukturu” ixtisası üzrə təhsil almağı hədəflədiyini qeyd edib.