Ağcabədi rayonunda “BMW” markalı avtomobil yanıb.
“Qafqazinfo” xəbər verir ki, hadisə rayonun Hüsülü kəndində baş verib.
Rayon sakini Mahir Mustafayevə məxsus “BMW” markalı avtomobil hərəkətdə olarkən qəfil alovlanıb. Qısa müddətdə güclənən yanğın avtomobilin bütün hissələrini əhatə edib.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) yanğınsöndürən qüvvələri cəlb olunub. Yanğın söndürülüb, lakin avtomobil yararsız vəziyyətə düşüb.
Hadisə zamanı xəsarət alan olmayıb.
Faktla bağlı araşdırma aparılır.
Ziya Əmirxanlı


Son xəbərlər
Son Xəbərlər