Bolqarıstan Baş naziri parlamentə hökumətin istefa məktubunu təqdim etdi

bolqaristan-bas-naziri-parlamente-hokumetin-istefa-mektubunu-teqdim-etdi
Oxunma sayı: 761

Bolqarıstanın Baş naziri Nikolay Denkov hökumətin istefasını Milli Assambleyanın katibinə təqdim edib.

“Qafqazinfo” xəbər verir ki, bu haqda Bolqarıstan Nazirlər Şurasının mətbuat xidməti məlumat yayıb.

Denkov canlı yayımda çıxışı zamanı “Baş nazir vəzifəsindən istefamı təqdim edirəm, bəyanat parlamentə təqdim olunub, bu, siyasi oyun deyil, bu, 6 iyun 2023-cü il tarixli bəyannaməyə uyğun mövqedir”, - bildirib.

Baş nazir deyib ki, istefa mühüm mövzular üzrə danışıqlara dəvətdir, lakin hələlik hökumət öz işini davam etdirir. O, Bolqarıstanın obyektiv prokuror və hakimlərə, eləcə də islahatlara ehtiyacı olduğunu vurğulayıb.