İngiltərə Baş naziri Boris Consonu yalançılıqda ittiham edən Fəhlə Partiyasının millət vəkili Nümayəndələr Palatasındakı iclasdan qovulub.
“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, deputat Daun Batler B.Consonun “pandemiya ilə ciddi xəstəlik və ölüm arasındakı bağın qopduğuna” dair fikirlərini tənqid edib.
O, Baş nazirin parlamentdə həqiqəti söyləmədiyini, xalqa və millət vəkillərinə dəfələrlə yalan söylədiyini deyib.
Bundan sonra parlamentdəki görüşə moderatorluq edən parlament sədrinin müavini Elenor Leing sözünü kəsdiyi Batlerdən ifadələrini düzəltməsini istəyib. Lakin deputat tənqidlərinə davam edib.
“Baş nazir parlamentdə dəfələrlə yalan danışıb. Yalan deyənin deyil, yalançının kim olduğunu söyləyənin başının bəlaya girməsi çox gülməlidir”, - deputat əlavə edib.
Bundan sonra o, iclasdan çıxarılıb.
Son xəbərlər
Son Xəbərlər