“Boşananlar parti keçirsinlər”

bosananlar-parti-kecirsinler
Oxunma sayı: 4652

“Artıq mən də boşananlar üçün parti edəcəyəm. Yəni ki, ayrılanlar sivil şəkildə boşansınlar. Xoşbəxtliyin son gecəsi…”

“Qafqazinfo” xəbər verir ki, bu sözləri müğənni Əbdül Xalid “Xəbərin var?” proqramında qonaq olarkən deyib.

O təklif edib ki, boşanan cütlüklər bu mərasimi dostları və rəfiqələrinin iştirakı ilə qeyd etsinlər:

“Belə bir məclisdə oxumuşam. Özüm də şoka düşmüşdüm ki, bu nədir belə?! Ansamblımla getmişdim. Məclisdə “Son gecə” mahnımı da ifa etmişdim. Hər şey çox yaxşı idi. Hər ikisi çox xoşbəxt idi, övladları da travma almır.

Məclisdən sonra qız atası, oğlan isə anası ilə getdi. Onlar dost olaraq ayrıldılar. Bu kimi partilərin keçirilməsi dəbə mindikdən sonra boşananlar sosial verilişlərə də getməyəcəklər”. 

Əbdül Xalid bildirib ki, həmin məclisdən görüntülər də var və bununla bağlı paylaşım da edəcək.