Bakıda mənzildən qadın meyiti tapılıb.
“Qafqazinfo” xəbər verir ki, hadisə dekabrın 29-u saat 08 radələrində Xətai rayonu Şıxlinski küçəsində baş verib.
Həmin ünvandakı mənzillərin birində kirayə yaşayan Cəbrayıl rayon sakini 1992-ci il təvəllüdlü Aytən Quliyevanın boyun nahiyəsində bıçaqla kəsik xəsarəti olan meyiti aşkar edilib.
İlkin ehtimala görə, qadın öz-özünə xəsarət yetirib.
Faktla bağlı araşdırma aparılır.
Son xəbərlər
Son Xəbərlər